Tarixi Qələbə ölkənin qarşısında inkişaf üçün yeni perspektivlər yaradıb
16 Fevral 2021 17:39 Siyasət"Azərbaycan ordusu tarixi Zəfər imza ataraq işğal altınada olan torpaqlarını azad etdi. Bu Qələbə ölkənin qarşısında inkişaf üçün yeni perspektivlər yaradıb. İşğaldan azad olunan ərazilərimizdə dağıdılmış kənd və şəhərlərimizi bərpa etməli, yaşayış üçün lazım olan bütün infrastrukturları yenidən yaratmalıyıq. Bu işlərə dost ölkələrin iş adamlarını da cəlb etməliyik. Bu məqsədlə onlara müxtəlif güzəştlər də nəzərdə tutula bilər".
Bu sözləri "İki sahil"ə açıqlamasında Qorqud Partiyasının sədri Firuddin Kərimov deyib.

F.Kərimov qeyd edib ki, ilk olaraq nəqliyyat infrasturkturu yaradılmalıdır və artıq bu işlərə start verilib: "Orada həyatın bərpası üçün yenidən evlər, məktəblər, sosial obyektlər inşa edərək, yaşayış üçün şərait yaratmalıyıq. Bundan sonra sakinlərin köçürülməsi təşkil edilməlidir. Təbii ki, bunlar üçün ciddi mailiyyə vəsaiti gərəkdir. Hesab edirəm ki, bu məqsədlə büdcə nəzərdən keçirməli, əlavə vəsaitin cəlb edilməsi üçün yollar axtarılmalıdır".
Partiya sədri bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının inkişafı üçün böyük potensial var və bu potensialdan tam istifadə üçün mütəxəssislər cəlb edilməlidir: "Bu gün dünyanın əsas problemlərindən biri də təbii qida ilə bağlıdır. Həmin ərazilərimizdə ekoloji baxımdan təmiz məhsullar yetişdirə bilərik. Bunun üçün xüsusi proqramlar hazırlanmalı, güzəştli kreditlərin verilməsi təşkil olunmalıdır."
Firuddin Kərimov onu da qeyd edib ki, azad olunmuş ərazilərimizdə turizmin inkişafı üçün böyük potensial var: "Hökumət bu məslələrlə bağlı böyük iş həyata keçirir. Biz Prezidentin bu istiqamtdə gördüyü işləri alqışlayırıq və inanırıq ki, işlərin hamısı uğurla həyata keçiriləcək".
Partiya sədri sonda qeyd edib ki, görüləcək işlər haqda çox danışmaq olar: "Əsas odur ki, işlərə artıq start verilib və işğaldan azad edilən ərazilərimiz cənnət məkana çevriləcək".