Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopa başsağlığı verib
14 Fevral 2021 19:00 SiyasətAzərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova fevralın 14-də Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopa başsağlığı ünvanlayıb.
Milli Məclisin Sədri İraqın Kara bölgəsində 13 nəfər mülki türk vətəndaşının xain terror təşkilatı tərəfindən qətlə yetirilməsindən dərin təəssüf duyduğunu, həlak olanlara Allahdan rəhmət dilədiyini bildirib, qardaş Türkiyə dövlətinə, həyatlarını itirənlərin ailələrinə, yaxınlarına Milli Məclis adından baş sağlığı ifadə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31