Laçında 3 erməni leşi tapıldı
13 Fevral 2021 10:37 SiyasətErmənilərin Laçın rayonunda apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 3 hərbçisinin meyiti tapılıb.
Olaylar.az bildirir ki, bu barədə Ermənistan mətbuatı xəbər verir.
Qeyd edilir ki, onların şəxsiyyəti hələ məlum deyil. Meyitlərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.
2020-ci ilin 13 noyabrından indiyə kimi Qarabağda itkin düşmüş 1 374 erməni hərbçinin meyiti aşkarlanıb.
İtkin hərbçilərin axtarışları bu gün Hadrut və digər ərazilərdə davam etdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31