Prezident Dövlət Vergi Xidmətinin iki əməkdaşına ali xüsusi rütbə verdi
12 Fevral 2021 16:10 SiyasətPrezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Olaylar.az xəbər verir ki, sərəncamla Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib:
Məmmədov Azər Oqtay oğlu - İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi
Şirinov Natiq Telman oğlu - İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31