Xocavənddəki erməni heykəli söküldü

Erməni mediasında faşist Qaregin Njdenin Qarabağın Xocavənd şəhərindəki heykəlinin sökülməsi barədə məlumat yayılıb. Heykəl artıq demontaj edilib."Njdenin abidəsi azərbaycanlıların tələbi ilə sökülərək, Tarix Muzeyinə aparılıb", - deyə Ermənistan parlamentinin deputatı Sofya Ovsepyan bildirib.Erməni jurnalist Nairi Ohikyan isə Feysbuk hesabında faşist abidənin şəkilini yayımlayaraq, bu barədə danışıqların aparıldığını bildirib:"Azərbaycan abidəmizin sökülməsini tələb edir, Rusiya sülhməramlıları isə məsuliyyəti üzərinə götürmək istəmir. Məsələ yalnız kabinetlərdə müzakirə olunsa da, aydındır ki, Azərbaycan istədiyinə nail olacaq, çünki Ermənistan tərəfindən adekvat cavab yoxdur"./Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31