Baydenin Rusiyaya təzyiqləri Azərbaycana da təsir edəcəkmi? - Açıqlama

Gözlənilir ki, ABŞ Prezidenti Co Bayden Rusiya müxalifətçisi Aleksey Navalnının həbsindən sonra Moskvaya qarşı sanksiyaları daha da sərtləşdirsin. Görəsən,  Vaşinqtonun bu addımının Rusiya ilə yaxşı münasibətdə olan Azərbaycana nə kimi təsirləri ola bilər?

Bu mövzuda  açıqlama verən politoloq Elşən Mirzəoğlunun fikrincə,  Baydenin Rusiyaya yönəlik növbəti sanksiyaları müəyyən dərəcədə Azərbaycanın da işgüzar dairələrinə ziyan vuracaq:

"Co Bayden adminstrasiyasının perspektivdə Rusiyaya qarşı iqtisadi sanksiyaları sərtləşdirəcəyi istisna deyil.  Navalnının həbsindən sonra Baydenin Rusiyaya qarşı daha ciddi qərarlar qəbul edəcəyi gözlənilir.  Qeyd edək ki, Rusiya uzun müddətdir, iqtisadi sanksiyalar şəraitində yaşayır.  Müəyyən dönəmdə bu sanksiyaların Rusiya iqtisadiyyatına mənfi təsirləri olub.  Amma hazırda Rusiyanın büdcəsi əvvəlki tək neft-qaz faktorundan asılı deyil.  Ölkənin nəhəng potensialı var.  Artıq Rusiya dövlət büdcəsinin 70 faizi qeyri-neft sektoru hesabına formalaşır".

Ekspert hesab edir ki, Qərb sanksiyalarının sərtləşməsilə rublun alıcılıq qabiliyyəti daha da aşağı düşəcək və bu hal Azərbaycanın işgüzar dairələrinin mənafeyinə də müəyyən dərəcədə ziyan vuracaq:

"Lakin Bakının Rusiyaya münasibətdə hansısa ciddi dəyişikliklərə gedəcəyini istisna edirəm. Xüsusən də, Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın vasitəçiliyi və rus sülhməramlıların burada yerləşdirilməsi, habelə bu siyasətin Türkiyə ilə uzlaşdırılmasındən sonra belə bir ehtimal azdır. Bakı bundan sonra da Moskva ilə münasibətlərin inkişafı istiqamətində addımlar atacaq". sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31