Prezident generalla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Yusif Yevgenyeviç Axund-zadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Olaylar.az xəbər verir ki, Sərəncama əsasən, Yusif Yevgenyeviç Axund-zadə Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, general-mayor Y.Axund-zadə Azərbaycanın hərbi - dirijoru və pedaqoqu, Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi-dəniz-orkestr xidmətinin rəisidir.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31