“Yalnız Ermənistan və Rusiya vətəndaşları Laçından keçərək Qarabağa gedə bilər” – İddia
8 Fevral 2021 11:10 SiyasətErmənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni, rəsmi Yerevanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan "Telegram" kanalında yeni ittihamlar səsləndirib.
Olaylar.az xəbər verir ki, Minasyan "Laçın dəhlizi" ilə bağlı açıqlama verib:
"Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyana məktub yazaraq bildirib ki, "mümkün anlaşılmazlıqların qarşısını almaq üçün, həmçinin yeni təlimatlar verilənə qədər" sülhməramlılar yalnız 10 noyabr tarixli üçtərəfli bəyannaməni imzalayan ölkələrin vətəndaşlarını Qarabağ ərazisinə buraxacaqlar.
Bu məktubun mahiyyəti ondan ibarətdir ki, yalnız Ermənistan və Rusiya vətəndaşları Laçından keçərək Ermənistandan Qarabağa gedə biləcəklər. Başqa hər kəs Azərbaycandan Qarabağa getmək üçün icazə almalıdır", - deyə keçmiş diplomat qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31