"İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq" - Türkiyəli səfir
6 Fevral 2021 13:34 Siyasətİşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq.
Bu diplomatik missiyanın tərkibində Cəbrayıl və Zəngilan rayonların səfər edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, azad edilmiş ərazilərə görükləri mənzərə ibrət götürülməli vəziyyətdir:
"Cəbrayılın da digər azad edilmiş ərazilərdən fərqi yoxdur. Burada biz dağıntıların, mədəniyyət abidələrinin dağıdılmasının, hətta məzarların qarət olunmasının şahidi olduq. Qəbirlərin açılıb, sümüklərin ətrafa dağıdıldığını görürük. Bütün bunlar insanlıqdan kənardır və vəhşilikdir. Bunların hesabı mütləq sorulmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31