Hikmət Hacıyev xarici diplomatlarla Qarabağa getdi

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfər edir.

O bu barədə öz Tvitter hesabında məlumat verib.

"Prezident İlham Əliyev və Xarici İşlər Nazirliyinin birgə göstərişi ilə diplomatik korpuslar - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər üçün yola düşmüşük",-deyə H. Hacıyev qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31