Məşhur fotoqraf erməni vəhşiliyini ifşa etdi - FOTO
3 Fevral 2021 17:22 SiyasətMəşhur fotoqraf Reza Deqati ermənilərin Şuşada törətdiyi daha bir vəhşiliyi nümayiş etdirib.
"İki sahil" xəbər verir ki, Deqati bu barədə "Twitter" hesabında paylaşım edib.
O bildirib ki, Xurşidbanu Natəvanın divar üzərindəki təsviri ermənilər tərəfindən dağıdılıb.
"1992-ci ildə Şuşada onun portretinin bu təsvirini şeiri ilə birlikdə gördüm. 28 illik işğaldan sonra dekabrda qayıtdım, rəsm və onun varlığının bütün fiziki sübutları məhv edilib. Şairlərdən qorxan kimlərdir?", - deyə fotoqraf qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31