"44 günlük müharibə tam fərqli reallıqlar yaradıb"

Azərbaycan xalqı ilk dəfə olaraq ürəyində Xocalı soyqırımında həlak olan vətəndaşlarımızı genosid yaşamış xalq kimi yox, müharibədə qalib gəlmiş  və  Xocalıda  öldürülən 2000 nəfərdən çox insanın qisasını almış qalib və qürurlu xalq kimi yad edəcək

Bu sözləri  "Bakı-Xəbər" qəzetinin  təsisçisi və baş redaktoru Aydın Quliyev "Olaylar.az"a açıqlamasında deyib.

"Xocalı soyqırımının builki ildönümü əvvəlki 20 ildən artıq keçirilən faciəli ildönümlərindən məzmunca fərqli  olacaq. Çünki 44 günlük müharibə tam fərqli reallıqlar yaradıb. Həm ölkə daxilində, həm də beynəlxalq miqyasda Xocalı soyqırımına  baxışların əsl mahiyyətini daha asan qavramaq  və qəbul etmək nöqteyi nəzərindən geniş perspektivlər açılıb. Əvvəla, onu deyim ki, Azərbaycan xalqı ilk dəfə olaraq ürəyində  genosid yaşamış bir xalq kimi yox, müharibədə qalib gəlmiş  və  Xocalıda  öldürülən 2000 nəfərdən çox insanın qisasını almış qalib və qürurlu xalq kimi qeyd edəcək. İlk dəfə olaraq Xocalı facisənin ildönümü  Azərbaycanda  qalibiyyətli  müharibədən sonra qeyd ediləcək. İlk dəfə olaraq Xocalı soyqırımın qurbanlarının ruhu Vətən müharibəsində canını qurban verən, sağlamlığını itirmiş  şəhidlərin, qazilərin xatirələri  ilə çulğalaşacaq".

Aydın Quliyev Vətən müharibəsi ilə yaranmış yeni  reallıqlardan da danışdı.

"Vətən müharibəsi ilə yaranmış yeni realllıqlar Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində də geniş və yeni perspektivlər açır. Çünki Ermənistanın 30  ildən  apardığı  təbliğatlar və əldə  etdiyi  nəticələr darmadağın oldu. Bütün dünya Ermənistanın  həqiqətən də  təcavüzkar bir dövlət olduğunu və Azərbaycanın torpaqlarını işğal edərək 30 il qondarma rejim  yaratdığının  sübutunu  gördü və  qəbul etdi. İndi artıq dünya üçün Xocalı soyqırımı Azərbaycan xalqına  qarşı genosid aktı olduğunu qəbul etmək heç bir çətinlik törətməyəcək. Nəzərə  alsaq ki, 44 günlük müharibəyə qədər Azərbaycan dünyada 20-dən artıq  ölkənin parlamenti tərəfindən Xocalının genosid kimi tanınmasına  nail olmuşdu".

Baş  redaktorun sözlərinə  görə, saxta erməni soyqırımını tanıyan ölkələr öz əvvəlki mövqelərindən rəsmi qaydada imtina edəcək.

"Bundan sonra Xocalının genosid kimi tanınma prosesinin böyük  bir vüsət alacağını  və dünyanın yeni- yeni  dövlətlərinin  rəsmi qaydada Xocalını genosid aktı kimi qəbul edəcəklərini gözləyirik. Bu prosesə  paralel olaraq dünya ölkələrində ermənilərin müxtəlif  yollarla rüşvət, siyasi korrupsiya ilə qondarma erməni genosid  aktının tanıdılması  yolunda atdığı addımları əhəmiyyəti  və mənası xeyli dərəcədə zəifləyəcək. Gözlənilən budur ki, dünya miqyasında saxta erməni genosidinin tanıdılması faktlarının artımı  birmənalı olaraq dayanacaq. Bundan sonra hansısa bir ölkənin saxta erməni genosidinin tanımasını  gözləmək  mümkün olan bir şey deyil. İndiyədək müxtəlif təsirlər və maraqlar altında saxta erməni genosidini tanımış ölkərinin əvvəlki mövqelərinə də rəsmi qaydada imtina etməsi də gözləniləndir".

Bir sözlə, bu il Xocalı soyqırımın  tam yeni realllıqlar şəraitində  xalqımız tərəfindən qeyd edilməsi reallıqdır. Xocalı soyqırımının qurbanlarının xatirəsi ilk dəfə olaraq müharibədə qalib gəlmiş  və  bölgədə ərazi  bütövlüyünün təmin etmiş bir dövlətin qalib vətəndaşları  tərəfindən qeyd ediləcək. Xalqımızın sonuncu hüzürü olsun. Azərbaycan xalqı  Xocalı qurbanlarının  xatirəsini heç  vaxt  unutmayacaq. Həll olunmuş  Qarabağ problemi konteksində yeni uğurlarla Xocalı soyqırımının qurbanlarını xatirəsini və ruhunu həmişə  şad edəcəkdir.

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31