“Şuşanı xilas edə bilərdik” – Sarkisyan

"Şuşa Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında qalsaydı, heç bir azərbaycanlı orada yaşamağa gəlməzdi. Azərbaycan əhalisi 90-cı illərdə baş verənlərdən qorxurdu və indi də qorxurlar".

Olaylar.az xəbər verir ki, bu sözləri "Yerkramas"a açıqlamasında qondarma "Şuşa Bələdiyyəsinin" "icra başçısı" Artsvik Sarkisyan deyib.

"Şuşa şəhəri və Hadrut Dağlıq Qarabağın ərazisidir və heç bir halda təslim olunması müzakirə edilən 7 rayon ilə əlaqəli deyil. Heç vaxt Şuşanı təslim etmək barədə söz-söhbət olmayıb. Müharibə daha əvvəl dayandırılsaydı, Şuşa, Karin Tak (Daşaltı - red.), Avetaranots (Çanaqçı - red.) və ehtimal ki, Hadrut bizim olaraq qalacaqdı. Hər halda Azərbaycan Silahlı Qüvvələri Şuşaya Hadrutdan yaxınlaşa bildilər", - Sarkisyan qeyd edib.

Görünən odur ki, Azərbaycan əhalisini "qorxaqlıqda" ittiham edən sabiq "icra başçısı" I Qarabağ Müharibəsi dövründə həmvətənlərinin dinc azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərlə qürur duyur. 30 il sonra Azərbaycan Silahlı Qüvvələrinin ayaq səslərini eşidər-eşitməz Şuşanı tərk etməsi isə onun "qürurunu" sındırıb.

Qazet.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31