İrəvandan Moskavaya daha bir xəyanət

"Müxalifətçi Aleksey Navalnının "zəhərlənmə işi" ilə bağlı Qərb Rusiyaya sərt sanksiyalar tətbiq etdi. Bu, normaldır. Bəs Azərbaycana qarşı niyə adekvat addımlar atılmır?"

Ermənistanın Hollandiyadakı səfiri Tiqran Balayan yerli "Elseveir Weekblad" həftəliyinə verdiyi müsahibəsində belə deyib.

O, faktiki olaraq Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini dəstəkləyib və hətta təqdir edib.

"Qarabağ müharibəsi ilə bağlı situasiyaya Avropa susdu, Qərb faktiki olaraq heç bir reaksiya vermədi. Bəzi məlumatlara görə, bunun başlıca səbəbi Azərbaycanın neft və təbii qazla Avropanı təmin etməsidir. Rusiya da Avropa Birliyinə neft və qaz satır, amma bu, Aleksey Navalnının güman edilən zəhərlənməsi ilə bağlı Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə mane olmadı. Avropa Azərbaycana qarşı da sərt sanksiyaları gerçəkləşdirməlidir. Hollandiyanın dövlət katibi Stef Blok deyir ki, iddia və güman edilən hərbi cinayətlər araşdırılmalıdır. Yəni erməninin Qarabağ savaşında başının kəsilməsi həqiqətən də araşdırımalıdır? Niyə Hollandiya bu işdə aparıcı rol oynamır. Axı insan hüquqları sahəsində Hollandiya dünya çempionudur", - T.Balayan deyib.

Ermənistanın Hollandiyadakı səfirinin açıqlaması əslində İrəvanın "strateji müttəfiq və hami" adlandırdığı Rusiyaya qarşı demarş, daim Moskvaya sədaqətindən bəhs edən erməni diplomatiyasının xəyanətidir.

Məsələ heç də T.Balayanın fərdi mövqeyində və ya onun Corc Sorosun maliyyələşdirdiyi, Ermənistanda hakimiyyətdə olan siyasi qüvvənin mənsubu olmasında deyil.

Ermənistanda Rusiyaya qarşı belə demarşlar həmişə olub.

Xatırladaq ki, AŞPA-da Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətinin uzadılması məsələsi müzakirə ediləndə Ermənistanın nümayndə heyəti bitərəf qalmışdı.

Ermənistanın "siyasi elitası" adlanan birhüceyrəlilər toplusu üçün Rusiya sadəcə, istismar və istifadə vasitəsidir. İrəvan Moskvadan ucuz kreditlər, "müttəfiqlik və qardaşlıq münasibətləri" şousu altında hərbi texnikanı və silahları hədiyyə almağı norma sayır.

Dünyanın ən qədim xalqı, ən mədəni milləti və ilaxır olması barədə dəmir-beton əminliklə fasiləsiz düşüncə metodologiyasından qurtula bilməyən Ermənistan siyasətçiləri və ziyalıları xəyanəti az qala erməniliyin milli-genetik koduna çeviriblər.

Ermənistanın Hollandiyadakı səfirinin davranışı da məhz bu baxımdan ermənilik üçün adi davranış sxemidir.milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31