“Yaşıl artım”, Böyük qayıdış, müasir innovasiyalar... - Milli Prioritetin beş əsas istiqaməti
2 Fevral 2021 15:03 SiyasətNövbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır.
Olaylar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı sərəncamda qeyd edilib.
Sözügedən beş istiqamət aşağıdakılardır:
1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
5. təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31