"Xəzər dənizində ilk dəfə olaraq iki ölkə bir yatağı birlikdə istismar edəcək"

Bu sözləri "Olaylar.az"a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Zaur Məmmədov  Azərbaycan və Türkmənistan arasında imzalanan "Dostluq" yatağının birgə işlənməsi ilə bağlı Memorandumun çox önəmli olduğunu vurğulayıb.

"Azərbaycan və Türkmənistan arasında imzalanan "Dostluq" yatağı sazişi çox önəmlidir. 1990-cı illərdən Azərbaycan və Türkmənistan arasında Xəzərdəki orta xətt sərhədlərinə  düşən bu yataqla bağlı danışıqlar gedirdi. Aparılan danışıqlar öz bəhrəsini verdi. Azərbycan və Türkmənistan xalqı üçün vacib olan bir memorandum imzalandı".

Politoloqun sözlərinə  görə, bu memorandum Azərbaycan və Türkmənistanın  enerji sahəsindəki nüfuzunun qalxmasına xidmət edəcək.

Memorandumun imzalanması ilə  Xəzər dənizində ilk dəfə olaraq iki ölkə bir yatağı   birlikdə istifadəyə  verəcək. Bu memorandum Azərbaycan və Türkmənistanın  enerji sahəsindəki nüfuzunun qalxması və yeni geoiqtisadi mənzərənin yaranmasına da xidmət edəcək. Unutmaq olmaz ki, hər iki ölkə enerji resurslarına malikdir, hər iki ölkə dünya bazarına neft - qaz çıxarır. "Dostluq" yatağı ilə yəqin ki,  Azərbaycan vasitəsilə Avropada daha bir enerji layihəsininn realaşmasının  şahidi olacağıq.

Zaur Məmmədov yaxın zamanlarda iki ölkə arasında digər layihələrin  reallaşacağını bildirib.

"Ümumilikdə  bu gün imzalanan memorandum tarixi hadisədir. Bu,  Azərbaycan və Türkmənistan  xalqları arasındakı  dostluq, qardaşlıq münasibətlərinin bariz nümunəsidir.

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31