Şəhidlər Xiyabanındakı şəkil “Guardian”da günün FOTOsu oldu
21 Yanvar 2021 12:36 SiyasətÖtən gün Bakıdakı Şəhidlər Xiyabanında çəkilən şəkil Böyük Britaniyanın "Guardian" nəşrinin günün fotoları sırasında yer alıb.
Olaylar.az xəbər verir ki, yanarın 20-də çəkilmiş fotonun müəllifi Türkiyənin "Anadolu" agentliyinin əməkdaşı Rəsul Rəhimovdur.
"İnsanlar Sovet İttifaqının dağılması zamanı 1990-cı ildə Qara Yanvar adlandırılan gündə sovet qoşunu tərəfindən öldürülənlərin xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edirlər", - fotonun təsvirində qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31