Baydenin inauqurasiyası başladı - CANLI

 

ABŞ-ın seçilmiş Prezidenti Cozef Bayden inauqurasiyası keçiriləcək Konqresdəki podiuma çıxıb.
 
Sfera.az-ın məlumatına görə, bu barədə "TASS" xəbər verib.
 
Baydenlə bərabər fəxri qonaqlar üçün ayrılan zonada seçilmiş vitse-prezident Kamala Harris və səlahiyyət müddəti bitən vitse-prezident Maykl Pens var. Orada, həmçinin ABŞ-ın keçmiş prezidentləri, seçilmiş Prezidentin ailə üzvləri, ABŞ Ali Məhkəməsinin hakimləri, amerikalı qanunvericilər yer alıb.   
 
Mərasimə qatılan qonaqlar koronavirus pandemiyası səbəbindən sosial məsafə qaydalarına uyğun olaraq əyləşdirilib.
 
  
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31