Bir məkan var.. Aytən Hüseynova yazır

Bir məkan var..Sakinləri sakit-sakit uyuyur.Bir məkan var illərdir and yeri,dərd yeri ,ocaq yeri,alov yeri,od yeri...

O yerdə zaman durub,sakinləri qocalmır,İlqar ,Larisa,Vera hələ məktəbli,Ülvi ,Elçin tələbə qalıb.İlham Fərizəsi ilə körpələrini ağuşlarına alıb balaca ailə olublar .Ölməyən sevgilərini nağıl,dastan ediblər.

O yerə getmək üçün dünyaya mələk gəlmək lazımmış ki,o yerin sakinləri də dünyaya mələk gəlib o yerdə şəhid kimi məkan qurublar.

O yerin əvvəlki sakinləri yenilərə qucaq açıblar,əl-ələ verib ev qurublar,vətən içində Vətən olublar.

1990 ...20 Yanvar...O gündən bir yol var ora igidlərin ,ərənlərin yolu...uzun bir sevda yolu..Bitməyən yol..

30 ildən sonra o yol Qarabağdan kecdi.Qarabağla başlayan yol,Qarabağla qələbəyə yol aldı...

O yer bir-bir oğullarına qucaq açıb..

Çənnətə dönüb.. Şəhid cənnətinə,oğul cənnətinə,Vətən cənnətinə.

Qərənfil yağışı yağıb o yerə Xarı bülbül də qərənfilə qoşularaq bir olub əsgər cəkmələrində bitiblər,hər gün anaların göz yaşı ilə sulanırlar,körpələrin ata həsrəti ilə nəfəs alırlar,gəlinlərin kədəri ilə böyüyürlər..

O yer ürəkərdə də,gözlərdə də cənnətə dönüb Şəhidlərin cənnətinə... Azərbaycandan Azərbaycana qalan cənnətə..

And yerimiz,əhd yerimiz,Vətən yerimiz..

Əzizinəm,el yeri.

Oğul yeri,qız yeri,

Vətən görmək istəsən.

Şəhidlər cənnət yeri..

O yerdən addım-addım addımlayır Vətən o yerdən də genişlənir,ərazisini bütövləşdirir,igidləşir,həm gəncləşir,həm qocalır.Düşmənə göz dağı,qədim Türk elinə nur qapısı,yar qapısı,dost olur.

Vətən Anka quşudur,daima yenidən doğar,yenidən doğular.alınmaz qalasını düşməndən qoruyar.

Sevgili Vətən,səndə ölmək də,olmaq da gözəl,ölüb yenidən doğulmaq da gözəl.....

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31