Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq - Türkiyə səfirliyi
20 Yanvar 2021 10:10 SiyasətTürkiyənin Azərbaycandakı səfirliyi "Twitter" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:
"1990-cı il yanvar ayının 20-də baş verən hadisələrin 31-ci ildönümündə faciə nəticəsində şəhid olan bacı-qardaşlarımızın əziz xatirəsini yad edirik. Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31