Türkiyə, Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçiriləcək

Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Olaylar.az-ın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kiprdən olan həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, görüş yanvarın 13-də Pakistanın paytaxtı İslamabadda baş tutacaq.

Nazir qeyd edib ki, İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ayrılıqda görüşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31