20 Yanvar şəhidlərinin ailələrinə təsis edilmiş aylıq təqaüdün məbləği 500 manata qaldırılıb

Prezident İlham Əliyev "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb.

AZƏRTAC  bildirir ki, fərmana əsasən, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə təsis edilmiş aylıq "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün məbləği 300 manatdan 500 manata qaldırılıb.

Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31