Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü olacaq
30 Dekabr 2020 13:18 Siyasət2021-ci ildə Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Olaylar.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunları barədə danışarkən deyib.
O bildirib ki, görüşün təşkil olunması ilə bağlı yaxın zamanlarda tərəflər arasında müzakirələr başlayacaq.
Nazir görüşün keçiriləcəyi tarixin açıqlanacağını bildirib.
M.Çavuşoğlunun sözlərinə görə, üçtərəfli görüşün Pakistanda keçirilməsi planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31