Sülhməramlılar Ermənistana məxsus hərbi kolonları Qarabağa BURAXDI
26 Dekabr 2020 11:09 SiyasətQarabağda yerləşdirilmiş rusiuyalı sülhməramlılar son sutka ərzində görülən işlər barədə məlumat verib.
Olaylar.az xəbər verir ki, sülhməramlı kontingentin mətbuat xidməti dekabrın 25-də Azərbaycan Ordusuna aid 8 hərbi avtomobil karvanının Qırmızı Bazar-Şuşa yolu və Laçın dəhlizi ilə hərəkətini təmin etdiklərini açıqlayıb.
Bundan başqa, Ermənistan ordusuna məxsus 2 hərbi kolon isə Laçın dəhlizi vasitəsilə Qarabağ ərazisinə buraxılıb.
Sülhməramlılar 5 hektar ərazini partlamamış mərmidən təmizlədiklərini də açıqlayıb./Modern.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31