Spiker: “Gələn il də şəhid və qazilərin ailələri diqqət mərkəzində olacaq”
24 Dekabr 2020 11:52 Siyasət"İşğaldan azad olunmuş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin dekabrın 24-də keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. Sahibə Qafarova İkinci Qarabağ savaşınının şəhidləri və qazilərinin ailələrinin məişət qayğıları barədə də danışıb: "Gələn il Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi diqqət mərkəzində olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31