Sahibə Qafarova: “2020-ci il Azərbaycan tarixinin çox mühüm səhifəsini təşkil edir”

"Başa çatmaqda olan 2020-ci il Azərbaycan tarixinin çox mühüm səhifəsini təşkil edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin dekabrın 24-də keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. Sədr bildirib ki, Vətən müharibəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyub: "İşğaldan azad olunan torpaqlar, ərazi bütövlüyümüzün bərpa edilməsi qarşımızda çox mühüm yeni səhifələr açıb. Eyni zamanda pandemiya ilə mübarizə də davam edir. Ölkə həyatında müşahidə olunan yeni reallıq və çağırışlar 2021-ci il büdcəsinə təsir göstərməyə bilməzdi".

Sahibə Qafarova deyib ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. O, İkinci Qarabağ savaşınının şəhidləri və qazilərinin ailələrinin məişət qayğıları barədə də danışıb: "Gələn il Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi diqqət mərkəzində olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31