Prezidentin siyasətinin mərkəzində duran humanizm prinsipi
24 Dekabr 2020 11:18 SiyasətBu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi dövlət başçısı var. Bütün situasiyalardan ölkəmizi maksimum dərəcədə itkisiz çıxaran, ölkəyə rəhbərlik etdiyi 17 il ərzində onu yalnız inkişaf və tərəqqiyə doğru aparan İlham Əliyevin Heydər Əliyev siyasi kursuna sadiqliyi də Azərbaycanın bu günkü inkişafını şərtləndirən amillərdəndir. Elə Milli Məclisin deputatı Eldəniz Səlimov da bu qənaətdədir. O, deyib ki, Azərbaycan dedikdə ilk ağıla gələn dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevdir. Millət vəkili hesab edir ki, müasir Azərbaycanın banisi, qurucusu olan bu insan ömrünün illərini, günlərini Azərbaycan üçün həsr etdi: "Böyük siyasi idarəetmə ilə dövlətimizi tənəzzüldən tərəqqiyə doğru aparan, inkişafın mərhələlərini pillə-pillə yüksəldən Ulu Öndər dövlətimizin bu gününə qədər, hətta sabahımızı da düşünərək qərarlar verdi. Bu gün bizim rahat nəfəs alaraq, xoş gün və güzəranla ömrümüzü keçirdiyimiz müstəqil Azərbaycanın idarəçisi, öndərimizin layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyev var. Biz onun idarəsi ilə həyatımızı mükəmməl şəkildə yaşayırıq. Onun idarəçilik bacarığı, siyasi görüşləri irsən öndərimizdən ona miras qalıb. Kiçik yaşlarından İlham Əliyev həmyaşıdlarından çox fərqlənməsi ilə diqqət çəkib. Savadı və zəkası ilə hərkəsin maraq dairəsinə daxil olmağı bacarıb. Gənclik illərindən iş həyatına başlayan İlham Əliyev Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifi olub. Öz işgüzarlığı, enerjisi və uzaqgörənliyi ilə hər kəsi asanlıqla geridə qoymağı bacarıb. Bu cür zəruri keyfiyyətlər sayəsində o, 1995-ci və 2000-ci illərdə deputat fəaliyyətini uğurla həyata keçirib və daha sonra Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilib". Deputat deyib ki, İlham Əliyevin idmana olan həvəsi də az deyildir: "İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmiş İlham Əliyev yorulmaq bilmədən yüksəlişə doğru addım atıb. O, ilk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. Bu çox gözəl göstərici idi. Azərbaycan xalqının etimadı ona tam idi. Hər kəs əmin idi ki, İlham Əliyev Ulu Öndərin layiqli davamçısıdır. Bütün gözləntilər öz doğruluğunu tapdı. İlham Əliyev Prezidentlik müddətində xalqın rəğbətini, sevgisini qazanmağı bacardı. Bu sevginin mənbəyi isə ilk növbədə onun səmimiyyəti və xalqın ona olan etimadını doğrultması oldu. Cənab Prezident daim Ulu Öndər Heydər Əliyevin qoyduğu milli, mənəvi, siyasi və əxlaqi mirasa sahib çıxdı, onun ənənələrini davam etdirdi və bu da onun daha çox sevilməsinə yol açdı. Onun "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" şüarı bütün Azərbaycan xalqı üçün birliyin və bərabərliyin carçısı oldu. Cənab prezident bunu daim öz siyasətində, yanaşmasında və əldə olunan uğurlu nəticələrdə göstərdi. Bu həmrəyliyi 17 il ərzində qoruyub saxlamaq və gələcəyə daşımaq hər liderə qismət olmur. Bunun üçün öz xalqına qarşı təmənnasız və saf sevgi duymaq lazımdır. Yalnız belə olan halda xalqın dərin sevgisi bütün səmimiyyətiylə öz liderinə yönələ bilər və bu qarşılıqlı səmimi sevginin gücü qarşısında heç bir qüvvə dayana bilməz. İqtidar və xalq birliyinin bu cür möhkəm olması dövlətimizi ildən-ilə inkişafa apardı və zamanla Azərbaycan öz sözünü deyən, tam müstəqil və güclü dövlətə çevrildi. Vaxtilə Azərbaycanın inkişafına şübhə ilə yanaşanlar, hər addımda onun büdrəməsini istəyənlər və azərbaycan xalqının haqlı iradəsi ilə razılaşmayan qüvvələr artıq özləri inkişafın Azərbaycan modelindən danışmağa başladılar. Elə bir il olmadı ki, Azərbaycanda gedən bu inkişaf görülməsin. Bu dəyişiklikləri hamı, biz özümüz də ildən-ilə hiss edirdik. İqtisadi islahatlar, mədəni tədbirlərə ev sahibliyi, siyasi arenada durmadan və yorulmaz fəaliyyət bu dəyişikliklərin daha da sürətlə getməsinə səbəb oldu. Az bir müddət əvvəl ölkəmizdə olan əcnəbilər və turistlər növbəti səfərlərində Azərbaycanda gedən müsbət dəyişikliklərə, inkişafa inana bilmirdilər. Azərbaycan isə öz liderinin ətrafında sıx birləşərək öz tarixi milli-mənəvi dəyərləri ilə həm də insaniyyətin, humanizmin inkişafına vəsilə olurdu. Bunlar isə əlbəttə ki, öz bəhrəsini verirdi".
Millət vəkili bildirib ki, Cənab Prezidentin siyasətinin mərkəzində duran humanizm prinsipi tolerant və mədəni Azərbaycan xalqının insani keyfiyyətlərini də özündə əks edərək Azərbaycanın dünyada Multikulturalizm mərkəzi kimi tanınmasına səbəb oldu: "Azərbaycan cənab Prezidentin təşəbbüsü ilə bir çox idman yarışlarına beynəlxaq tədbirlərə ev sahibliyi etməklə Azərbaycanın real mənzərəsini dəfələrlə dünyaya nümayiş etdirdi. Artıq ölkəmiz barəsində pis niyyətlə danışanlar gördükləri real mənzərə qarşısında səssiz qalırdılar. Onlar başa düşməyə başlamışdılar ki, cənab İlham Əliyev və Azərbaycan xalqı istədiyinə nail olan xalqdır və bunu heç də hansısa qeyri-insani addımlarla, siyasi işbazlıqla deyil, məhz insanlığa sevgi, zəhmət, inam və tolerantlıqla həyata keçirir. Bunun sayəsində Azərbayxan qarşısında duran bütün çətinlikləri dəf etdi, sözünün sahibi olan, etibarlı tərəfdaş kimi özünü bütün münasibətlərdə təsdiq etdi. Aparılan doğru və uzaqgörən siyasət Azərbaycana nəinki regionda, hətta dünyada hörmətlə yanaşılmasına səbəb oldu. Ölkəmiz yüzdən çox dövlətin təmsil olunduğu Qoşulmama hərakatının sədri seçildi. Beləcə, Azərbaycanın iqtisadi, hərbi və sosial gücü ilə yanaşı artan mənəvi gücü də özünü göstərməyə başladı. Həmçinin, pandemiya ilə mübarizədə Ilham Əliyevin atdığı qabaqlayıcı tədbirlər sayəsində dövlətimiz bu virusla mübarizə aparmağı bacardı. Bu mübarizədə dövlət proqramlarına ayrılan dəstək paketinin ümumi həcminin ümümdaxili məhsula nisbətinə görə Azərbaycan MDB məkanında və regionda liderdir. Belə ki, bu göstərici İtaliya və İspaniya kimi Avropa ölkələrində müvafiq olaraq 1,4 və 0,7 faiz, Rusiyada 0,3 faiz, Türkiyədə isə 1,5 faiz olsa da, Azərbaycanda ən azı iki dəfə çox - 3,1% olub. Qeyd olunanlarla yanaşı, ölkə başçısı pandemiyaya baxmayaraq sosial tədbirlərin də davam etdiriləcəyi ilə bağlı vədinə sadiq qalmış, onun göstərişi ilə bu sahədə çox ciddi addımlar atılmışdır. Şəhid ailələrinin, müharibə əlillərinin ailələri mənzil və avtomobillərlə təmin edilib. Bu sahədə verilən mənzillərin sayı 1500 olmaqla keçən ilki göstəricini 1,5 dəfə üstələyib".
Millət vəkili deyib ki, əhalinin rifahı da bu müddət ərzində diqqətdən kənarda qalmayıb, koronavirus xəstələrinə xidmət edən həkimlərin əməkhaqqları 3-5 dəfə artırılıb, işsiz vətəndaşlara və aztəminatlı ailələrə pandemiya dövründə beş dəfə birdəfəlik ödəmə verilib, bu ödənişlər 600 mindən çox insanı əhatə edib və bu məqsədlə 350 milyon manatdan çox vəsait sərf olunub. Ümumilikdə isə ölkə əhalisinin təxminən yarısı - 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib. Bu müddət ərzində xüsusilə sahibkarlar üçün mütəmadi dəstək proqramları həyata keçirilib və bu proqramlar çərçivəsində onlara vergi güzəştləri və azadolmalar tətbiq edilib, kredit portfeli üzrə onların kredit faizləri subsidiyalaşdırılıb, zəruri məhsullar üzrə idxal rüsumları müddətli olaraq azaldılıb və ya ümumiyyətlə "0" dərəcəsində müəyyən edilib. Koronovirusla mübarizə məqsədilə 40-dan çox xəstəxana ayrılıb, müasir avadanlıqlarla təchiz olunub. Müxtəlif şəhər və rayonlarda 10-dan çox modul tipli xəstəxanaların tikintisi təşkil edilmiş və istifadəyə verilib. Yoluxma hallarının vaxtında aşkarlanması və önlənməsi məqsədilə on milyona yaxın test keçirilib və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Pandemiya ilə bağlı ölkədəki mövcud vəziyyət daim Milli Məclisin Səhiyyə Komitəsinin də diqqət mərkəzində olub. Koronavirusla mübarizə tədbirləri çərçivəsində Səhiyyə Komitəsinin, eləcə də ölkənin səhiyyə ictimaiyyəti və millət vəkillərinin iştirakı ilə dinləmələr və sorğular keçirilib, müxtəlif təkliflər hazırlanıb.
Bir müddət əvvəl Milli Məclisin bir çox komitələrində iclaslar keçirilərək qanun layihələri hazırlanıb və səhiyyə ilə bağlı Milli Məclis tərəfindən 10 qanun layihəsi qəbul edilib. Milli Məclis və Səhiyyə Nazirliyi pandemiyaya qarşı mübarizədə əhalinin sağlamlığının qorunması, eləcə də sanitariya-epidemioloji salamatlıq haqqında zəruri hüquqi aktların hazırlanmasını həyata keçirir və daim bunu diqqət mərkəzində saxlayır".
Eldəniz Səlimov deyib ki, Cənab Prezident Azərbaycanı güclü dövlətə çevirmək üçün illərlə bütün çətinliklərə və əziyyətlərə sinə gərdi, ona etimad göstərən xalqını daim qorudu, adını yüksəltdi, bu inkişafa, uğura xalqı ilə birlikdə sevindi, Azərbaycan xalqına uzun illərdən bəri gözlədiyi Qarabağ zəfərini yaşatdı: "O, verdiyi bütün sözləri tutdu və özünün də dediyi kimi sübut etdi ki:"Bizim sözümüz imzamız qədər keçərlidir. Bütün bunların hamısı, əlbəttə ki, qarşılıqlı sevgidən və insaniyyətdən doğdu. Azərbaycan xalqı prezident İlham Əliyevlə unudulmaz bir tarix yazdı və bu tarix yalnız siyasi tarix olmadı, həm də insaniyyət, vəhdət və davamlı nailiyyətlər tarixi oldu. Bu gün bizə bu dəyərli hissləri yaşadan, xalqımız üçün gecəsini gündüzünə qataraq durmadan çalışan və xalqını uğurdan uğura aparan cənab Prezidentin doğum günüdür. Təbii ki, bu doğum günü onu bizim üçün əlamətdar edən möhtərəm Prezidentin özü üçün də çox əlamətdar və digər doğum günlərindən xeyli fərqlidir. Bu doğum günü cənab Prezidentlə birgə həm də Azərbaycan xalqının yenidən doğuluşu və dirçəlişi, daha yüksək pilləyə, məqama çatmasıdır. Bu doğum günü müstəqil Azərbaycan dövlətinin ən ali məqsədinə, tarixi ədalətə və ərazi bütövlüyünə qovuşmasıdır. Bu doğum günü Ulu Öndərin vəsiyyətinin, Şuşada dalğalanan Azərbaycan bayrağı ilə xalqımızın ruhunun yenidən dirçəlməsidir. Azərbaycanın günəşli gələcəyə doğru getməsi üçün növbəti bir mərhələ, öz liderinin ətrafında birləşmiş xalqımızın sevincidir. Allahdan cənab Prezidentə möhkəm can sağlığı, uzun ömür arzu edirəm və deyirəm ki, nə yaxşı ki, varsınız. Azərbaycan xalqı və bizlərin hər biri sizin yazdığınız tarixin bir parçası olmaqdan məmnundur. Möhtərəm Prezident, arzu edirəm ki, daim ali-dövlət fəaliyyətinizdəki uğurlarınıza Sizinlə birlikdə sevinək və bu birlik əbədi olsun".
Füzuli
Olaylar.az