Deputat: “Qərbin Qarabağdakı xristian dini abidələrinin taleyilə bağlı narahatlığının araxasında qərəz durur”

"Roma Papası Fransiskin belə tolerantlıq baxımından örnək ölkə kimi qiymətləndirdiyi Azərbaycanı ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası neçə illərdir ki, ədalətsizcəsinə dini azadlığın pozulduğu dövlətlərdən biri olaraq  təqdim edirdi. Həmən qurum bu il də guya dini azadlıq baxımından narahatedici məqamlar olduğundan ölkəmizin "xüsusu izləmə" siyahısına salınmasını istəsə də, ABŞ-ın dövlət katibi bunu rədd edib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, ədalət yerini tutub, ABŞ Azərbaycanı dini azadlığın olduğu ölkə kimi tanıyır: "Bu isə dolayısıyla həm də o deməkdir ki, qərbdəki bəlli çevrələrin işğaldan qurtarılan torpaqlarımızdakı xristian dini abidələrinin taleyilə bağlı narahatlıqlarının araxasında ancaq məkr və qərəz durur. Eyni zamanda  Qarabağdakı ermənilərin guya xristian olmaları üzündən təqib edilə biləcəkləri haqda iddiaların da heç bir əsası yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31