Zelenski İlham Əliyevi Ukraynaya rəsmi səfərə dəvət edib
23 Dekabr 2020 14:47 SiyasətUkrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi Kiyevə rəsmi səfərə dəvət edib.
"Report" xəbər verir ki, o, dəvətini Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda çatdırıb.
"Ukrayna və Azərbaycan arasında aktual məsələlərin geniş spektri üzrə şəxsi dialoqumuzun davam etdirilməsi üçün ilk münasib fürsətdə Sizi rəsmi səfərlə Kiyevdə görməyə şad olardım", - V.Zelenski vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31