Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi İran iqtisadiyyatında mühərrik rolunu oynayır - Ruhani
23 Dekabr 2020 12:06 SiyasətAzərbaycanın ərazilərinin işğaldan azad edilməsi İranın iqtisadi hərəkətlərində çox effektivdir.
Olaylar.az xəbər verir ki, H.Ruhaninin sözlərinə görə, Qarabağ müharibəsi Azərbaycanın İranla sərhədinin işğalçılardan azad edilməsi ilə nəticələndi:
"Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin ilk müsbət təsiri İran və Azərbaycan arasında "Xudafərin" hidroqovşağı haqqında yekun anlaşma əldə olunmasıdır".
H.Ruhani əlavə edib ki, tezliklə bu hidroqovşaqdan asanlıqla istifadə olunacaq. Bu hidroqovşaq İranın 120 min hektar ərazisini su ilə təmin edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31