" İlham Əliyevin gördüyü işlər Azərbaycanın gələcək inkişaf istiqamətləri üçün həm də baza rolunu oynayır"

Prezident İlham Əliyev bütün cəmiyyətimizin az qala əlini üzdüyü Dağlıq Qarabağ münaqişəsi kimi problemi uğurla həll etdi.

Bunu "Olaylar.az"a  "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

İlham Əliyevin prezidentlik dövrü Azərbaycanın tarixində böyük nəticələr ortaya qoya bilmiş dövrdür. Bu dövrdə görülən işlər tək öz anı üçün əhəmiyyətli deyil, həm də gələcəyə yönəlik əhəmiyyətlilik potensialına malikdir. Başqa sözlə desək, İlham Əliyevin gördüyü işlər Azərbaycanın gələcək inkişaf istiqamətləri üçün həm də baza rolunu oynayır. Prezident İlham Əliyev bütün cəmiyyətimizin az qala əlini üzdüyü Dağlıq Qarabağ münaqişəsi kimi problemi uğurla həll etdi. Xalqımız üçün ümumi qürur mənbəyi sayılan yeni tarixi hadisələr yazdı.

Onun fəaliyyəti sayəsində dövlətimiz bir sıra ağır problemləri nəinki həll etdi, üstəlik gələcəkdə yarana biləcək yeni problemlərin də həll olunmasına imkan verən baza və mexanizmlər formalaşdırdı.

Ekspert əlavə edib ki, Azərbaycan özünəməxsus şaxələndirilmiş postneft iqtisadi modelinə məxsusdur.

"Azərbaycanın özünəməxsus şaxələndirilmiş postneft iqtisadi modeli yaradılıb, sosial dövlətçilik paketlərinin fasiləsiz icra mexanizmləri formalaşıb, qanun çərçivəsində hər cür fərdin və kollektivin fəaliyyəti etibarlı dövlət təminatına alınıb".

Aydın Quliyevin sözlərinə görə, Prezident İlham Əliyevin hakimiyyəti dövründə dövlətçilik ideologiyamız daha çox inkişaf edib:" Ən əhəmiyyətli nəticələrdən biri İlham Əliyevin dövründə dövlətçilik ideologiyamızın daha təkmil məzmuna salınmasından ibarətdir. Azərbaycan beynəlxalq təşkilatların adi üzvlüyündən onların fəaliyyətini yönəldən fəal dünya oyunçusuna çevrilib. Ərazi bütövlüyümüz və pozulmuş dövlət süverenliyimizin bərpa edilməsi şəriksiz olaraq İlham Əliyevin adı ilə bağlıdlr. Son 17 il dövlətçiliyimizin inkişaf və təməlləşmə dövrüdür. Xalqın prezidentə mütləq inamı və dəstəyi bu dövrün xarakterik xüsusiyyətidir."

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31