Cənab Prezident, bu tarixi Zəfər bayramını bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk
22 Dekabr 2020 11:51 SiyasətValeh Abdullayevdən, Ağdam, Azərbaycan
Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş komandan.
Siz bizə ən xoş günlərimizi, ən xoş arzularımızı Cəbrayılın, Zəngilanın, Xocalının, Füzulinin, Xocavəndin, Ağdamın, Ağdərənin, Xankəndinin, Kəlbəcərin, Laçının, Azərbaycanın döyünən ürəyi olan Şuşanın işğaldan azad edilməsi və Qələbəmizin təmin olunması xəbərlərini bizə çatdırmaqla yaşatdınız, 27 illik Vətən həsrətimizə son qoydunuz.
Dünyaya göz açdığım doğma Ağdamın Güllücə kəndinə qaydacağımız gün yaxındadır. Bu tarixi Zəfər bayramını bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk, cənab Prezident! Uca Tanrı Sizə yar olsun! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Yaşasın rəşadətli Ordumuz!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31