Rus sülhməramlıları Dağlıq Qarabağda təhlükəsizliyin qarantıdır - Putin

Rus sülhməramlıları Dağlıq Qarabağda təhlükəsizliyin qarantı oldu.

Olaylar.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin qeyd edib ki, bölgədəki dinc həyatın qaytarılması üçün sülməramlılar özlərini riskə atırlar.

Rusiya Federasiyasının Prezidenti ölkənin Müdafiə Nazirliyinin 2020-ci ildəki fəaliyyətini də yüksək qiymətləndirərək onun dünyadakı çətin vəziyyətə baxmayaraq, bütün tapşırıqları peşəkar və səmərəli şəkildə yerinə yetirdiyini vurğulayıb.(trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31