Vətən müharibəsinin qəhrəmanları yüksək ehtiramla yad edilir

İlham Məmmədov: "Göstərdikləri şücaətə, qəhrəmanlıqlara görə hər bir Azərbaycan vətəndaşının qəlbində taxt quran şəhidlərimiz daim qədirbilən xalqımız tərəfindən yüksək ehtiram hissi ilə qeyd ediləcək"

Azərbaycan xalqı Vətən müharibəsinin qəhrəmanlarını yüksək ehtiramla yad etdi. Dekabrın 4-də bütün ölkə saat 12-də bir dəqiqəlik sükuta qərq olaraq 2783 şəhidi andı, onların əziz xatirəsini uca tutdu. Böyükdən kiçiyə, yaşlıdan-cavana, məmurdan sadə vətəndaşa qədər hər kəs, hamı bir nəfər kimi şəhidləri andı, onlara yüksək ehtiram hissi nümayiş etdirdilər. Çünki şəhidlərimiz bizim şərəf tariximizi yazmış, torpaq bütpvlüyümüzü bərpa etmişdilər. Öz canları, qanları bahasına. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında həyatını dövlət, xalq yolunda qurban verən 2783 şəhidin hər birinin payı var, hər bir şəhidin axan qanı bahasına ərazi bütövlüyümüz bərpa edilib, uzun illər işğal altında olan ərazilərimiz düşməndən təmizlənib. Könül istərdi ki, bir vətəndaşımızın, Vətən övladımızın burnu qanamadan ərazi bütövlüyümüz bərpa olunsun, torpaqlarımız işğaldan azad edilsin. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin də həyata keçirdiyi siyasətin əsas ana xəttini məhz bu təşkil edirdi.  Ölkəyə rəhbərlik etdiyi 17 il ərzində Cənab İlham Əliyevin qarşısında duran əsas prioritet vəzifə məhz bundan ibarət idi ki, Azərbaycanın ərazi bütövlüyü sülh, danışıqlar yolu ilə, qan tökülmədən təmin edilsin. Lakin qarşımızdakı düşmən vandal, faşizm ideologiyasının daşıyıcısı, terrorist mahiyyətli olduğu üçün ciddi cəhdlə danışıqlar, sülh yolunu qəbul etmir, aqressiyaya üstünlük verirdi. Beləliklə, düşmənin sentyabrın 27-də atdığı növbəti aqressiv addım onun döyüş meydanında məhvinə, təslimçi sülhə imza atmasına, ən əsası uzun illər işğal altında qalan ərazilərimiz, şəhər və rayonlarımızın azad edilmıəsinə gətirib çıxardı. Təbii ki, bütün bu uğur və nailiyyətlər yuxarıdsa da qeyd etdiyimiz kimi 2783 Vətən övladımızın qanı, canı bahasına başa gəldi və müqəddəs Vətən müharibəsində 2783 şəhid verdik.

Milli Məclisin deputatı İlham Məmmədov deyir ki, torpaqlarımızın bütövlüyü, Azərbaycanın müstəqilliyi, dövlətçiliyi uğrunda canını fəda vermiş hər bir şəhidimiz bizim üçün əzizdir, müqəddəsdir və onların əməyi qiymətsiz, ölçüyə gəlməzdir. Millət vəkili hesab edir ki,  müqəddəs müharibədə göstərdikləri şücaətə, qəhrəmanlıqlara görə hər bir Azərbaycan vətəndaşının qəlbində taxt quran şəhidlərimiz daim qədirbilən xalqımız tərəfindən yüksək ehtiram hissi ilə qeyd ediləcək. İlham Məmmədov bildirib ki, Azərbaycanda torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igid oğul və qızlarımız, onların ailə üzvlərinə hər zaman yüksək səviyyədə diqqət və qayğı göstərilib və dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edib: "Çünki bu təbəqədən olan insanlar ilk növbədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı altındadırlar. Elə dekabrın 4-də də Vətən müharibəsində canını fəda etmiş 2783 ilk öncə Ali Baş Komandan Cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanın Əliyeva tərəfindən yüksək ehtiram hissi ilə anıldı, onların əziz xatirəsi uca tutuldu. Dövlət başçısı və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva Şəhidlər Xiyabanına gələrək şəhidlərimizin əziz xatirəsini yad etdilər. Eyni zamanda respublikamızın hər bir bölgəsində Vətən müharibəsinin qəhrəmanları şəhidlərimizin xatirəsi yüksək ehtiram hissi ilə yad edildi. Məlumat üçün qeyd edim ki, deputat seçildiyim Yevlax şəhərində də Vətən müharibısinin qəhrəmanları yad edilib, onların əziz xatirəsi ən yüksək səviyyədə anılıb". Millət vəkili onu da diqqətə çatdırıb ki, respublika ərazisində fəaliyyət göstərən məscidlərlə yanaşı, kilsə və sinaqoqlarda da Vətən müharibəsinin qəhrəmanlarının əziz xatirəsinin yad edilməsi xüsusi qeyd edilməlidir və kilsə və sinaqoqlarda da 2783 şəhidin yad edilməsi şəhidlərimizin ruhuna olan yüksək ehtiramın göstəricisidir: "Uzun illər keçsə də, Vətən müharibəsinin qəhrəmanlarının döyüş meydanında göstərdikləri şücaət unudulmayacaq, onlar daim bizim qəlbimizdə yaşayacaq. 2783 qəhrəmanımızın hər biri barədə aparılacaq araşdırmalar, yazılacaq kitablar, hazırlanacaq digər maarifləndirici xarakter daşıyan materiallar gələcək nəsillərdə də bu günümüzün qəhrəmanları barədə müfəssəl məlumat formalaşdıracaq, onlar barədə bu günkü gənclik kimi gələcək nəsillər də fəxr edəcək". Deputat onu da qeyd edib ki, Vətən müharibəsinin qəhrəmanları, onların ailə üzvləri dövlət tərəfindən də ən yüksək səviyyədə qiymətləndiriləcək, onlara lazımı səviyyədə diqqət və qayğı göstəriləcək: "Onsuz da bu dövlət siyasətinin tərkib hissəsidir və bu təbəqədən olan insanlara dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Hesab edirəm ki, bu siyasət bundan sonra da eyni tendensiya ilə davam edəcək".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31