Fransa dərhal Minsk qrupundan uzaqlaşdırılmalıdır

"Fransanın almış olduğu siyasi qərarı qınayırıq. Fransız Senatı və parlamenti yalnış qərar verərək bütün dünyaya rəzil oldu". Bu fikirləri "OLAYLAR"-a  İSTAD-İstanbul Türkiyə Azərbaycan Dayanışma və Mədəniyyət Dərnəyinin rəhbəri Səfər Karakoyunlu  səsləndirib. O, deyib ki, Ermənistanın belə tanımadığı, qondarma  Dağlıq Qarabağı necə olur ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi tanıyır: "Bu çox böyük bir skandaldır.  Fransa Senatı bu durumu görməzdən gəlsə də, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 sayılı qərarlarına əsasən  Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Fransa Senatı və parlamentinin aldığı qərar yox hökmündədir. ATƏT-İN Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa 28 ildir həll edilməsi lazım olan Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir addım atmayaraq, əksinə problemi daha da gərginləşdirib və minlərlə insanın ölümünə səbəb olub. Bu səbəbdən Fransanın ədalətsiuz şəkildə tərəf tutması  sorğulanmalı və bu ölkə dərhal ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılmalıdır. Fransanın almış olduğu yanlış qərarı və Türk düşmənçiliyini qınayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31