Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi
4 Dekabr 2020 15:32 SiyasətMilli Məclisin sədri Sahibə Qafarova Vətən müharibəsində şəhid olanlarla bağlı "Facebook" hesabında paylaşım edib. "Olaylar" xəbər verir ki, paylaşımda deyilir: "Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün qazilərimizə şəfa versin. Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik".
Qeyd edək ki, Prezident İlham Əliyevin dekabrın 3-də imzaladığı sərəncama əsasən, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31