“Qarabağ erməniləri Azərbaycanın yurisdiksiyası altında ola bilməz”.

Olaylar.az-ın məlumatına görə, bu sözləri Ermənistanın hazırkı Xarici İşlər naziri Ara Ayvazyan ATƏT-in Nazirlər Şurasının 27-ci iclasındakı çıxışı zamanı deyib.

O bildirib ki, verilən zəmanətlərə baxmayaraq, guya Qarabağ erməniləri Azərbaycan Ordusu tərəfindən etnik təmizləməyə məruz qalıb, yaşayış yerlərini tərk etməyənlər isə qətlə yetirilib.

Ayvazyan Dağlıq Qarabağın statusu məsələsini bir daha gündəmə gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31