Laçının işğaldan azad edilməsi region üçün yeni prespektivlər Açır

Daimi sülhün tərəfdarı olan, regionda və beynəlxalq aləmdə əminamanlığın olması üçün əlindən gələni edən Azərbaycan bir güllə atmadan, şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarını Ermənistanın işğlından azad etdi. Sirr deyil ki, döyüş müydanında qalibiyyət nümunəsi nümayiş etdirən Azərbaycanın bu zəfəri tarixi hadisə kimi yaddaşlarda qalacaq. Heç şübhəsiz ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli razılaşmasına uyğun olaraq dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi və diplomatik siyasətin nəticəsi idi. Siyasi-hərbi ekspertlərin qənaətlərinə görə, mürəkkəb relyefə, yaradılmış müdafiə sistemlərinə malik Laçın rayonunun siyasi yolla  işğaldan azad etməsi mühüm əhəmiyyət kəsb edir. Elə Laçın rayonunun geri qaytarılması ilə bağlı Prezident İlham Əliyev xalqa müraciətində də qeyd edib ki, Laçın rayonunun geri qaytarılması tarixi hadisə idi: "Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik. Eyni zamanda, təxminən bir o qədər - 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı".

Dövlət başçısı əlavə edib ki, həm siyasi, həm də hərbi sahədə uğurlarımız var: "Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə. Mən deyəndə ki, məsələnin hərbi yolu var, bunu nəzərdə tuturdum". Prezident qeyd edib ki, əgər düşmənin başını əzməsəydik, o, heç vaxt öz xoşu ilə bu torpaqlardan çıxmazdı. Düşmən bu işğalı əbədiləşdirmək istəyirdi və onların bütün çirkin əməlləri bu məqsədi güdürdü".

Qeyd edilməlidir ki, Azərbaycan üçün mühim strateji əhəmiyyət daşıyan Laçın rayonu yenidən bizdədir. 28 il öncə 264 vətəndaşımızın şəhid olduğu, 65 nəfərin girov düşdüyü və 103 sakinin əmək qabiliyyətini itirdiyi döyüşlərdən sonra Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra 66 minə yaxın Laçın sakinləri ölkəmizin 59 şəhər və rayonlarında məskunlaşdı. Bu gün artıq Laçın azaddır. İşğalçı Ermənistan dövlətinin nə istəməsindən, nə arzulamasından asılı olmayaraq reallıq ondan ibarətdir ki, artıq Azərbayca Ordusu bütün Qarabağı işğaldan azad edib. Artıq nə qondarma, nə dırnaqarası Dağlıq Qarabağ respublikası, nə də separatçı rejim ifadələri yoxdur. Hazırda Azərbaycanın Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Laçın, Kəlbəcər, Ağdam rayonları var. Bu isə o deməkdir ki, Azərbaycan Qarabağda yeni xəritə, yeni siyasi idaəetmə çızmaqla yanaşı, bu ərazinin iqtisadi inkişafını da təmin etmək əzmindədir.    

Məlum olduğu kimi, Laçın rayonu iqtisadi potensialına görə Azərbaycanda xüsusi seçilən bölgələrimizdəndir. Mİllət vəkili Vüqar Bayramov qeyd edib ki, işğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrindən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın həmçinin zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var: "28 illik işğal Laçın rayonun potensialından istifadəyə imkan vermədi. Dövlət Statistika Komitəsinin məlumatına görə, Laçın rayonuna məxsus müəssisə və təşklatlarda 2019-cu ildə cəmi 27 milyon 326 min manatlıq məhsul istehsal olunub.  İşğal nəticəsində Laçın rayonuna dəyən ziyan on milyard dollarla ölçülür". Sadalanan faktlar deməyə əsas verir ki, erməni vandalları tərəfindən işğaldan azad edilmiş torpaqlarda hər şey dağıdılmasına, xalqın milli sərvətlərinin talan edilməsinə baxmayaraq Azərbaycan dağıdılmış bölgələri bərpa edəcək, vətəndaşlarımızın normal həyatı üçün bütün lazımi şərait yaradılacaq.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31