Rusiya-Türkiyə Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalandı

Rusiya-Türkiyə Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalandı.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadən məlumat verir.

Qeyd olunur ki, noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri Hulusi Akar və Sergey Şoyqu arasında razılaşmanın layihəsi onlayn formatda imzalanmışdı.

Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin fəaliyyəti ilə əlaqədar texniki detalların müzakirəsi başa çatdıqdan sonra yekun razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün işlər aparılır.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında əldə edilən üçtərəfli bəyanatdan sonra Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə Birgə Monitorinq Mərkəzinin qurulması qərara alınmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31