Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!
9 Noyabr 2020 13:21 SiyasətBirinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Dövlət Bayrağı Günü münasibətilə paylaşım edilib.
Olaylar.az-ın məlumatına görə, paylaşımda deyilir:
"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm! Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq! Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31