Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 93 oldu - Prokurorluq
9 Noyabr 2020 11:39 SiyasətErməni təxribatı nəticəsində ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.
Olaylar.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 93 mülki şəxs həlak olub, 407 nəfər yaralanıb.
Bundan başqa, 504 mülki obyekt, 120 hündürmərtəbəli yaşayış binası və 3326 yaşayış evi yararsız hala düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31