Ermənistanda 21 nəfər koronavirusdan öldü
9 Noyabr 2020 11:33 SiyasətErmənistanda koronavirusa yoluxanların sayı 107 466 nəfərə çatıb.
Olaylar.az-ın məlumatına görə, son sutka ərzində 1 042 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 21 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 580 nəfər koronavirusdan ölüb, 40 569 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31