Türkiyə KİV: Ermənistan ordusunun itkiləri 10 mini ötür - VİDEO

 

Qarabağda gedən döyüşlərdə Ermənistan silahlı qüvvələri 10 mindən çox itki verib. 

Bu barədə Türkiyənin "A Haber" kanalının müxbiri söyləyib. 

O bildirib ki, yaralanan və ölən ermənilərin sayı 10 mini ötüb. Jurnalist Azərbaycan ordusunun istiqamətinin Şuşa olduğunu söyləyib. 

Çəkiliş aparan türk kanalı Ermənistan ordusundan qənimət götürülən texnikaların görüntüsünü təqdim edib. 

Ələ keçirilən texnikalardan bəziləri Kəlbəcərdən gətirilib. 

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31