Ordumuz erməni lərin soyqırım cinayətlərinin qarşısını almaq üçün bütün vasitərərdən istifadə etməlidir

Ermənilərin atəşkəsi kobudcasına pozması, Gəncəni, Mingəçeviri, digər yaşayış məntəqələrimizi start mövqeləri Ermənistanın ərazisində yerləşən orta və uzaqmənzilli raketlərlə vurması, çoxlu sayda dinc sakinimizi , o cümlədən, uşaqları qətlə yetirməsi Yerevanın Moskva danışıqlarına əhəmiyyət vermədiyini, beynəlxalq qanunları , humanitar hüququ ayaq altına atıb tapdaladığını aşkar göstərir. Bunu Olaylar a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, ə vvəlki kimi, dünya ictimaiyyəti baş verənlərə göz yumur. Sülhə, əmin-amanlığa cavabdeh təşkikatlar-BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, Minsk qrupunun həmsədrləri cinayətkarcasına susurlar.
    Nə etməli? Düşmənin son cinayətləri- uşaqlarımızı hədəfə götürməsi, mülki insanlarımıza kütləvi qırğın sılahlarından atəş açması əsl genosiddir. Erməni faşistləri Xocalıda törətdiklərini bu gün uzaq vuran silahlarla Gəncədə təkrarlamağa çalışırlar. Ermənilərin, bu silahları ona hədiyyə edənlərin məqsədi soyumuzu, kökümüzü kəsməkdir.
     Əlimizi yanımıza salıb, seyirçi qalmamalıyıq. Düşməni yuvasında məhv etmək lazımdır. Artıq müharibə yeni fazaya keçib. Rusiya nə qədər maskalansa da, yaxasını kənara çəkmiş kimi göstərsə də,özünü "məsuliyyətli", "sülhməramlı"obrazında göstərsə də, bu gün regionumuzda baş verənlər əksini göstərir. Ermənilərin istifadə etdikləri uzaqmənzilli raketlər, o cümlədən, beynəlxalq konvensiyalarla qadağan edilmiş silahları işğalçıya Rusiya verir.  Hava məkanı vasitəsilə bu gün də Ermənistana Rusiyadan yeni-yeni  silahlar gətirilməkdədir. Moskva sanki, həmin dağıdıcı silahlarını Azərbaycan xalqına qarşı istifadə etməklə sınağdan keçirir. Rusiya mətbuatı və efir məkanı Azərbaycana qarşı qara təbliğat platformasına çevrilmişdir. Bu ölkədə nə qədər antiazərbaycan və antitürk ünsür varsa, hamısına tribuna verilir. Erməni kökənli politoloqlar gecə-gündüz rusiya kanallarından az qala düşmən əsgərlərinin fəaliyyətlərini koordinasiya edirlər, özlərini qəddar səhra komandirləri kimi aparırlar.
    Hər kəs gözəl başa düşür ki, həmin telekanallar, nəşrlər, saytlar Kremlin nəzarətindədir. Məhz həmin aparıcı televiziyalar fasiləsiz olaraq haqq işimizə kölgə salır, xalqımızı, Prezidentimizi təhqir edirlər. Görünür, Rusiya siyasətçiləri də artıq  ermənilər kimi sağlam düşüncədən uzaqlaşırlar. Əlbəttə, bu onların ölərinə baha başa gələcək. Qoca imperiyanın sonunun başlanğıcıdır. Qərarı özləri verdilər...
      Azərbaycan hərbçiləri ermənilərin xalqımıza qarşı soyqırım cinayətlərinin qarşısını almaq üçün, bütün vasitələri işə salmalıdır. Bilirik ki, Ordumuz buna qadirdir. Arsenalımızdakı silahlar şeytan yuvası Ermənistanı darmadağın etməyə yetər.
    Xalqımız Ali Baş Komandanın rəhbərliyi altında ölüm-dirim savaşına hazırdır!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31