Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir
Erməni qəsbkarlarını yerində oturtmaq üçün muzdlu döyüşçülərə ehtiyac yoxdur
8 Oktyabr 2020 15:59 SiyasətÖlkəmizə qarşı hərbi təxribat plan həyata keçirən mənfur qonşularımız Azərbaycanın kəndlərini, yaşayış məntəqələrini irimiqyaslı silahlar - top və pulemyotlardan atəşə tutur, hərbi mövqelərimizə zərbələr endirirməyə çalışırlar. Son bir neçə gündə daha da azğınlaşan ermənilər Azərbaycanın Dağlıq Qarabağa aidiyyatı olmayan əraziərində mülki əhaini atəşə tutublar. Rəşadətli ordumuz isə bu hücumlara qarşı əks tədbilər görərək onların strateji mövqelərini darmadağın edib. Ermənilərin 30 il əraində qurduqları müdafiə istehkamları, həmin əraziləri yerləşdirdikləri hərbi texnikaları yerlə-yeksan edilib. Şanlı ordumuzun əsgərləri erməni hərbi birləşmələrinə layiqli cavab veriblər. Qəhrəman oğullarımız öz şücaətləri ilə Azərbaycan Ordusunun nəyə qadir olduğunu azğın düşmənə göstəriblər. Hər zaman danışıqlar prosesindən qaçan ermənilər indi yalvarırlar ki, gəlin atəşkəs elan edək, münaqişəni dinc yolla həllinə nail olaq. Birmənalı şəkildə qeyd etmək olar ki, ipə-sapa yatmayan erməniləri yalvarmağa məhz Azərbaycan Ordusu məcbur edib. Lakin bununla barışmaq istəməyən ermənilər beynəlxalq aləmə çar çəkirlər ki, Azərbaycan tərəfindən pullu muzdurlar döyüşür. Öz adını başqasına qoymağa adətkar olan ermənilər bu iddialarla Azərbaycan Ordusunun şöhrətinə xələl gətirmək, beynəlxalq gücləri münaqişəyə cəlb etmək niyyəti güdürlər. Lakin birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan Ordusunun heç bir əlavə qüvvəyə ehtiyacı yoxdur.
Azərbaycan Prezidenti İlham Əliyevin "Rossiya-1" telekanalının "60 dəqiqə" proqramına müsahibəsində də qeyd edib ki, Azərbaycan ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur: "Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən qismən səfərbərlik elan edilib. 2 milyon əhalisi olan Ermənistana qarşı Azərbaycan 10 milyon əhalisindən 10 minlərlə ehtiyatda olanları orduya çağırır, insan ehtiyatlarına ehtiyacımız yoxdur. Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qadirdir ki, o, bir daha Azərbaycan tərəfə baxmağa cəsarət etməsin. Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə qardaş ölkə və müttəfiqdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyə mənəvi dəstək göstərir və Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına Azərbaycan ilə həmrəy olduğuna və dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır".
Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan ordusu kifayət qədər peşəkardır, möhkəmlənib, çox güclü və qüdrətli orduya çevrilib. Məhz bunun nəticəsidir ki, ermənilərin hərbi təxribatına qarşı əks hücuma keçən silahlı qüvvələrimiz artıq cəbhə zonasında bir sıra yüksəklikləri ələ keçirib. Hansı ki, bu yüksəkliklər vasitəsilə Dağlıq Qarabağın istənilən nöqtəsinə zərbələr endirmək mümkündür. Həmçinin bu, həmin mövqelərdir ki, erməni silahlıları buradan bizim mülki obyektlərimizi, kəndlərimizi, əhalini, hərbi birləşmələrimizi ardıcıl olaraq atəşə tuturdular. İndi həmin yüksəkliklərə Azərbaycan hərbçiləri nəzarət edirlər. Bunun əksinə olaraq Ermənista rəhbərliyi verdikləri itkiləri öz əhalisindən gizlədir. Bunu tədricən açıqlayır. Çünki bilir ki, verəcəyi məlumatlar geniş etiraza səbəb olacaq, kütləvi narazılıq yaranacaq və erməni xalqı bunun səbəbini soruşacaq. Ordumuzun döyüş əhval-ruhiyyəsi də çox yüksəkdir. Ölkə Prezidenti cənab İlham Əliyev yaralı əsgərlərimizi ziyarət edərkən onlar ölkə başçısına bir daha bildiriblər ki, sağalan kimi cəbhə xəttinə qayıdaraq vətənin keşiyində durmağa hazırdırlar. Bu bizim insanlarımızın mübarizliyindən xəbər verir. Cəbhədə döyüşlər getdiyi ərəfədə minlərlə gənc könüllü kimi orduya getmək istədiklərini bildirdilər. Xalqımız tərəfindən müxtəlif dəstək aksiyaları keçirilir. Eyni zamanda ölkəmizə beynəlxalq birlik tərəfindən də dəstək nümayiş olunur. Xaricdə yaşayan soydaşlarımız müxtəlif tipli aksiyalar keçirirlər. Əlbəttə, bütün bunların hamısı dövlətimizin apardığı uğurlu xarici və daxili siyasətin nəticəsidir. Ordu quruculuğuna, müasir silah-sursat və texnikanın alınmasına sərf edilən vəsait öz bəhrəsini verir. Qabaqcıl döyüş mövqeyinə malik olan silahlı qüvvələrimiz düşmənin layiqli cavabını verirlər.
Alim