Milli Məclisin iclasında BİR DƏQİQƏLİK SÜKUT

Milli Məclisin iclasında Tovuz hadisələri zamanı şəhid olan hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin spikeri Sahibə Qafarova daha sonra ötən gün dünyasını dəyişən parlamentin deputatı Fəttah Heydərovla bağlı çıxış edib.

Spiker Fəttah Heydərovun ağsaqqal, ziyalı bir insan kimi yadda qalacağını bildirib. Daha sonra mərhum deputatın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31