Milli Şura əsil xislətini ortaya qoydu
30 İyun 2020 14:02 Siyasət"Azərbaycan hakimiyyətini şərləmək" etirafı qurumun simasını nümayiş etdirir
Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət ölkəmizin beynəlxalq aləmdə imicinin artmas ilə müşahidə olunur. Artıq Azərbaycan dünyanın qlobal problemlərinin həllində mühan faktor oynayan ölkəyə çevrilib. Başqa sözlə, artıq Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrilib və beynəlxalq münasibətlər sisteminin tənzimlənməsində xüsusi rola malikdir. Prezident İlham Əliyevin COVİD-19 pandemiyası ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təklifinin dünyanın 130 ölkəsi tərəfindən dəstəklənməsi fikrimizi bir daha təsdiq etmiş olur. Etiraf edək ki, sözügedən hadisə prezident İlham Əliyevin təşəbbüsünün beynəlxalq aləmdə dəstəklənməsini təsdiqləyən yeganə fakt deyil. İndiyə qədər dövlət başçımızın beynəlxalq qlobal məsələlərin həllə ilə bağlı irəli sürdüyü bir sıra təklif və təşəbbüs beynəlxalq birlik tərəfindən qəbul edilib və icrası təmin edilib.
Bununla bərabər o da etiraf edilməlidir ki, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası genişlndikcə, dünyadakı rolu artdıqca ölkəmizə qarşı şər qüvvələrin təzyiqi də paralel olaraq artır. Çox təəssüf ki, sözügedən qüvvələr təkcə beynəlxalq təşkilatlarda, hansısa ölkələrdə fəaliyyət göstərən qurumlarla kifayətlənmir, o cümlədən daxildən də bu cür qüvvələr çalışırlar ki, ölkəmizin beynəlxalq münasibətlərinə xələl gətirsinlər. Aydındır ki, bu qüvvələr belə təxribatçı addımlar atmaqla Azərbaycanın həm beynəlxalq təşkilatlarla, həm də ayrı-ayrı ölkələrlə münasibətlərini gərginləşdirmək məqsədi güdürlər. Artıq bu istək ölkəmizin çöküşünü, iqtisadiyyatın tənəzzülünü arzulayan "Milli Şura" üzvləri tərəfindən açıq-aşkar etiraf edilməkdədir. Elə Milli Şuranın son qeybətxanasında Qənimət Zahidin "işimiz hakimiyyəti şərləməkdir" etirafı bu fikrin real olduğunu bir daha təsdiqləyir. "Sözün düzünü zarafatla deyərlər" məsəlinə istinad etsək, məlum olar ki, bu fikir elə bütövlükdə Şura üzvlərinin arzusudur. Təkcə bu amil ona dəlalət edir ki, Şurada təmsil olunan milli heysiyyatını itirmiş şəxslər təkcə hakimiyyətə qarşı deyil, artıq dövlətə qarşı mübarizə apardıqlarını etiraf edirlər. Milli Şuranın sədri Cəmil Həsənli, bu qurumda təmisl olunmuş digər fəalların, habelə keçmiş səfir Arif Məmmədov kimi xaricdə yaşayan bəzi şəxslərin "Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" prinsipindən çıxış etməsi özlüyündə bu şəxslərin məkirli niyyətlərini ifdə edir. Daha dəhşətli məqam ondan ibarətdir ki, bu şəxslər öz iddialarını gerçəkləşdirmək üçün hətta işğalçı Ermənistanı təbliğ etməkdən, vətənlərini isə ləkələməkdən belə çəkinmirlər. Dəfələrlə rəsmi və qeyri-rəsmi mənbələr tərəfindən etiraf edilib ki, bu şəxslərin arxasında xarici anti-Azərbaycan, xüsusilə ermənipərəst qüvvələr dyanır. Artıq bu faktı Milli Şura, AXCP, xarici ölkələrdə yaşayan bəzi fəalların Ermənistan mediasının irəli sürdüyü iddialarla sinxron çıxış etməsi təsdiq edir. Söz yox ki, belə bir xəyanətkar mövqenin seçilməsində madiyyatı millət, xalq, dövlətdən üstün tutan bu şəxslərin şəxsi maraqları əsas rol oynayır. Milli Şuranın son videokonfransından yayılan görüntülərdə də açıq şəkildə bildirilir ki, bu qurumun əsas vəzifəsi Azərbaycan hakimiyyətini şərləməkdir. Bu etiraf onların əsl simasını və xislətini aydın nümayiış etdirir. Sadalanan faktlar ona dəlalət edir ki,
son zamanlar ölkə daxilində qarışıqlıq salmaq, "bulanıq sida balıq tutmaq" istəyən təxribatçıların fəallığı müşahidə olunur. Sözügedən qüvvələr sosial şəbəkələrdən tutmuş hüquq-mühafizə orqanlarına qarşı zorakılığa qədər bütün vasitələrdən istifadə edərək məkrli niyyətlərini həyata keçirməyə çalışırlar. Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, nəyin bahasına olursa olsun Azərbaycan dövlətinin nüfuzuna xələl gəlsin. Elə bu səbəbdən də dövləti, iqtidarı aşağılamaq, hökumətin gördüyü bütün müsbət işlərin üstündən qırmızı xətt çəkmək yolu tutulub. Sanki dövlətlə vətəndaşlar arasında uçurum yaratmaq, dövləti vətəndaşların gözündən salmaq niyyətində olan qüvvələr peyda olub. Daha dəhşətlisi odur ki, Vətən, dövlət, millət, xalq anlayışının fərqinə varmayan həmin qüvvələr antiAzərbaycan dairələrin təsiri altına düşüblər. Şəxsi maraqlarını hər şeydən üstün tutan təxribatçı qüvvələr hətta vətəndaşları itaətsizliyə dəvət edirlər. Təsəvvür edin ki, koronavirus pandemiyasının hər kəsin qapısı ağzında olduğu bir məqamda həmin dağıdıcı qüvvələr dövlətin bu istiqamətdə apardığı mübarizə tədbirlərini heçə endirməyə çalışırlar. Dövlətin, xüsusən, dövlət başçısının bu istiqamətdə atdığı addımları, göstərdiyi təşəbbüsləri az qala vətəndaşlara qarşı yönəlmiş bir hərəkət kimi təqdim etməkdən belə çəkinmirlər.
Xatırladaq ki, "Milli Şura" daim ölkədə baş verən zəlzələlərdən, təbii fəlakətlərdən, yanğınlardan, atəşkəsin pozulması və hətta bılli cinayət hadisələrindən siyasi məqsədlər üçün istifadə niyyətində bulunub. İnsanları itaətsizliyə, qanunsuz mitinqlərə, qarşıdurmalara səsləməklə, ölkədə xaos, özbaşınalıq yaratmağa çalışıb. Hətta koronavirus pandemiyasından ölənlərinin sayının artması qurumda təmsil olunan şəxslərdə sevinc doğurur və bütün hallarda insanları çaşdırmağa çalışırlar. Bununla onlar Azərbaycan xalqının ağır vəziyyətə düşəcəyini zənn edir, hakimiyyətin zəifləyəcəyini, xalqın narazılığının artacağını düşünürlər. Ancaq bütün niyyətini dövlətin çöküşünə hesablamış nankorlar bilmlidirlər ki, bu dövləti zəiflətmək elə də asan məsələ deyil. Çünki onun bünövrəsi xalq-iqtidar birliyi üzərində qurulub.
Alim
Olaylar.az