Azərbaycan dövləti qısa zamanda bütün səhiyyə sistemini koronavirusla mübarizəyə istiqamətləndirməyi bacardı

Dünyamız sözün həqiq mənasında ciddi sınaq qarşısındadır. Keçən ilin sonlarından pandemiya mərhələsinə keçən COVİD-19  xəstəliyi Azərbaycandan da yan keçməyib. Hər nə qədər dövlət, onun müvafiq qurumları, eləcə də səhiyyə sistemi mövcud proiblemin aradan qaldırılması istiqamətində çalışsa da, lakin görünən odur ki, hələlik bu problemi nəinki Azərbaycan, heç bir dövlət belə aradan qaldırmaq gücündə deyil.

Sirr deyil ki, pandemiya özüylə bərabər bir sıra problemlər də yaradıb, qayğılara yol açıb. Xüsusilə səhiyyə sistemində bu problemlərin olduğu bildirilir ki, əslində bu da başa düşüləndir. Çünki bu gün demək olar ki, Azərbaycanın bütün səhiyyə sistemi koronavirusa qarşı mübarizəyə istiqamətlənib. Ancaq bu o demək deyil ki, bu sahənin digər istiqamətləri, xüsusi risk qrupunda olan xəstələr diqqətdən kənarda qalıb. Onlara da müntəzəm olaraq edilən çağırışlar əsasında tibbi xidmət göstərilir. Elə bu ərəfədə bəzən təcili tibbi yardım çağırışların çaığırılan ünvana bur qədər gec gəlməsi barədə sosial şəbəkələrdə narazılıqlar əksini tapır.  Eləcə də səhiyyə ocaqlarında guya xəstələrə yaxşı baxılmadığı, yaxud onların diqqətdən kənarda qalması barədə bəzi iddialar ortaya atılır ki, bütün bu iddialar, narazılıqlara da aydınlıq gətirilib.

Bildirilir ki, Azərbaycan dövləti qısa zamanda bütün səhiyyə sistemini koronavirusla mübarizəyə istiqamətləndirməyi bacardı. Bu məqsədlə koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xəstəxanalar ayrıldı, yeni tibb müəssisələri istifadəyə verildi, modul tipöli xəstəxanalar açıldı, onların bütün texniki ləvazimat, avadanlıq, dərman preparatları ilə  təminatı həyata keçirildi, müasir laboratoriyalar alındı, qorucu vasitələrin istehsalı təşkil edildi. Lakin hər bir ölkənin səhiyyə sistemi müəyyən potensiala malikdir. Koronavirusa mövcud yoluxma dinamikası xəstəxanaların dolmasına, yerlərin çatışmamasına səbəb olur. Pandemiyanın pik nöqtəsi zamanı İtaliya, İspaniya, Fransa kimi səhiyyə sistemləri nümunə kimi təqdim olunan ölkələrdə hətta ağır vəziyyətdə olan insanlar təcili tibbi yardım ala bilmirdilər, xəstəxanalarda yer çatışmadığına görə evdə qalır, müalicə almaq imkanından məhrum olurdular.

Xəstəxanalarda müalicənin pis aparıldığı iddiası, həkimlərin xəstələrə lazımi diqqət göstərməməsi fikirlərinə gəlincə isə, nəzərə alınmalıdır ki, heç bir ölkənin səhiyyəsi pandemiyanın pik nöqtəsi və ya yoluxma hallarının kəskin artığı dövrdə yüksək səviyyəli xidmət təşkil etməkdə çətinlik çəkir. İstənilən ölkədə ixtisaslı kadrların çatışmazlığı var. Bununla yanaşı, həkimlər aylarla xəstəxanalardan çıxmırlar, ailələrinin üzünü görmürlər, öz həyatlarını riskə atıb gecə-gündüz xəstəliklə mübarizə   aparırlar. Məhz onların fədakarlığının nəticəsidir ki, bu gün minlərlə insan müalicə olunaraq sağalıblar, dəhşətli bəladan qurtulub öz ailələrinə qovuşublar. Bəzi xəstələrin subyektiv səbəblərdən gözlədikləri xidməti ala bilməməsinə dair faktlar ola bilər, lakin belə halları ümumiləşdirmək və bütün tibbi xidmətə şamil etmək əsassız və yolverilməzdir.

Bəzən vətəndaşlar tərəfindən haqlı olaraq belə bir irad da irəli sürülür ki, nə üçün koronavirusa yoluxan bütün şəxslər xəstəxanalara yerləşdirilmir.

Nəzərə almaq lazımdır ki, yoluxma hallarında müşahidə olunan yüksək intensivlik yeni protokolun tətbiqini zəruri etdi. Mövcud vəziyyətdə ancaq ağır vəziyyətdə olan şəxslər xəstəxanalara yerləşdirilir.  Asimptomatik, yüngül və orta səviyyədə olan xəstələr isə həkim nəzarəti altında evdə müalicə almalıdırlar. Bu yanaşma ağır vəziyyətdə olan xəstələrə keyfiyyətli xidmət göstərmək, onların həyatını xilas etmək imkanlarını artırır. Dünya ölkələrinin tam əksəriyyətində asimptomatik xəstələrin ev şəraitində müalicəsi təcrübəsi tətbiq olunub. 

Bu halda evdə qalan asimptomatik xəstələrin vəziyyətinə nəzarət mexanizminin həyata keçirilməsinə gəlincə, ev karantini şəraitində olan asomptomatik xəstələrə kənar mühitlə təmas qadağan olunur. Onlara müalicə təyin edilir, müalicənin aparılmasıəna nəzarət rayon poliklinikalarının həkimləri tərəfindən həyata keçirilir. Xəstənin vəziyyəti diqqətdə saxlanılır, testlər götürülür.

Hər bir şəxs ailəsi, yaxınları, ətrafı və ümumilikdə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Koronavirusa yoluxaraq ev karantini şəraitində müalicəsi məqsədəuyğun hesab edilmiş şəxslər mövcud qaydaları və tələbləri pazaraq digər şəxslərin həyatını təhlükəyə atmalarının məsuliyyətini dərk etməlidirlər. Digər tərəfdən, hazırkı SMS icazə rejimində analiz nəticələri pozitiv çımış şəxslərə bu və ya digər səbəbdən yaşadıqları ünvanı tərk etməyə icazə verilmir. Onların karantin rejiminə riayət edib rtməməsinə sahə həkimləri tərəfindən nəzarət olunur.

Bəziləri bilərəkdən, yaxud bilməyərkdən belə bir iddia ortaya atır ki, pandemiyaya qarşı mübarizə məqsədilə lazım olan dərmanları apteklərdə tapmaq mümkün olmur. Ancaq məlumat üçün qeyd edək ki, koronavirus infeksiyasına yoluxmuş bütün şəxslərin müalicəsi dövlətin hesabına həyata keçirilir. Bunun üçün kifayət qədər dərman ehtiyatı var. Bununla yanaşı, bəzi hallarda vətəndaşlar müstəqil şəkildə, ayrı-ayrı şəxslərin tövsiyyələri əsasında müalicə olunmağa üstünlük verirlər ki, bunun da hansı ağır fəsadlara yol aça biləcəyi barədə dəfələrə TƏBİB tərəfindən xəbərdarlıq olunub. Bəzi şəxslərin apteklərdən külli miqdarda vəsait sərf edərək çoxlu sayda dərman preparatları alıb yığması halları da müşahidə olunur. Türkiyədə pandemiya başlayandan sonra vətəndaşların kütləvi şəkildə Hydroxychloroquine tərkibli preparatların alması halı müşahidə olundu. Buna görə də bütün əczaxanalardan həmin preparat geri alındı və mərkəzləşdirilmiş qaydada virusa yoluxmuş xəstələrə verilməyə başlandı. Vətəndaşlar bilməlidirlər ki, koronavirus xəstələrinin müalicəsi müvafiq protukola əsasən, xəstənin xüsusiyyətləri, yanaşı xəstəliyinin olub-olmaması, immun sisteminin vəziyyəti, hazırkı  durumu nəzərə alınmaqla ixtisaslı həkimlər tərəfindən təyin olunur. Mövcud tələblərin nəzərə alınmaması hər bir fərd üçün ciddi fəsadlara səbəb ola bilər.  

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31