Spiker: “Milli Məclis bir çox ölkələrin parlamentləri ilə qarşılıqlı əlaqələr qurub”
30 İyun 2020 12:39 Siyasət"Milli Məclis bir çox ölkələrin parlamentləri ilə qarşılıqlı əlaqələr qurub". "Olaylar"ın verdiyi məlumata görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Milli Məclisə çox böyük diqqət və qayğı göstərir: "Ölkəmizdə parlamentarizm ənənələrindən danışarkan Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri qeyd edilməlidir. O, qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib. Bu gün Milli Məclis qanunvericilik səlahiyyətlərini uğurla yerinə yetirir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31