BMT rəsmisi Azərbaycan xalqına müraciət etdi

BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai COVİD-19 pandemiyası ilə bağlı "Bunu Azərbaycan üçün edin" adlı videomüraciət ünvanlayıb. "OLAYLAR"-a təşkilatın Bakı ofisindən daxil olan müraciətin mətnində rezident əlaqələndirici təəssüf hissi ilə qeyd edir ki, COVİD-19 pandemiyası hələ də bizimlədir.

"Azərbaycan üçün et" başlıqlı müraciətdə dünyada yoluxma sayının 9 milyonu keçdiyi, ölənlərin sayının isə yarım milyona çatdığı bildirilir: "Azərbaycanda da yoluxanların sayı artır. Təəssüf ki, ölənlərin də. Bu yaxınlarda mən də ailə üzvümü bu virusa görə itirdim. İnanın mənə, bu təhlükə realdır və yanımızdadır. COVİD-19-un qapımızı döyməsini gözləməməliyik. Bu bəlaya qalib gəlmək və normal həyata tez bir zamanda dönmək üçün bu sadə tədbirləri görməyinizi xahiş edirəm". Rezident əlaqələndirici Azərbaycan xalqına tövsiyə edir ki, Fiziki məsafə saxlayın, əllərinizi tez-tez yuyun, ələb olunan yerlərdə maska taxın; onlardan düzgün istifadə edin, zərurət yaranmadıqca evdən çıxmayın, hökumətin tələblərinə riayət edin: "Bunu özünüz üçün, ailəniz üçün, Azərbaycan üçün edin!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31